AZ

Sahibə Qafarova Vladislav Tatarinoviç ilə parlamentlərarası əlaqələri müzakirə ediblər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan RespublikasıKonstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuşBeynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdəsəfərdə olan Belarus Respublikası Milli Assambleyası RespublikaŞurası sədrinin müavini Vladislav Tatarinoviç ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, Vladislav Tatarinoviçi Milli AssambleyanınRespublika Şurası sədrinin müavini seçilməsi münasibətilə təbrikedən spiker Sahibə Qafarova Belarus nümayəndə heyətinin bubeynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirib.

Vladislav Tatarinoviç, Beynəlxalq Parlament Konfransının yüksəksəviyyədə təşkili ilə əlaqədar təbriklərini ifadə edib. O,Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədarBelarus Milli Assambleyası Respublika Şurasının sədri NatalyaKoçanovanın təbrik məktubunu Milli Məclisin sədri Sahibə Qafarovayatəqdim edib və salamlarını çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimadavə dostluğa əsaslanaraq uğurla inkişaf etdiyi qeyd olunub,əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçıları arasındayüksək səviyyəli münasibətlərin mühüm rolu vurğulanıb.

Bildirilib ki, ölkələrimiz və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələr parlamentlərimiz arasında da münasibətlərininkişafına təkan verir.

Qeyd olunub ki, parlamentlərimiz arasında yüksək səviyyəliikitərəfli münasibətlərlə yanaşı, qanunvericilik orqanlarımızbeynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.O cümlədən, Azərbaycan Milli Məclisinin Asiya ParlamentAssambleyasına sədrliyi dövründə Belarusun təşkilatda müşahidəçistatusu qazanması məmnunluqla qeyd edilib. Həmçinin, AzərbaycanPrezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan QoşulmamaHərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti təqdir olunub.

Milli Məclisin sədri onun da salamlarını Respublika Şurasınınsədrinə və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkoyaçatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
43
10
az.trend.az

10Mənbələr