UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov UFC 321-də yekdil qərarla amerikalı Mario Bautistanı məğlub etdikdən sonra əmisi oğlu Ömər Nurməhəmmədovun UFC yüngül çəki reytinqində (61 kq-a qədər) birinci yeri yüksəlməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki,Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində yazıb: “Qoy desinlər ki, sən qardaşının hesabına kef çəkirsən. Sonra qalxacaqsan, amma özbaşına. Köhnələr başa düşəcək”.
Ömərin 29 yaşı var. Rusiyalı döyüşçü 2016-cı ilin dekabrından peşəkar yarışlarda iştirak edir. Onun UFC-də 19 qələbə və bir məğlubiyyəti var.