AZ

Mövsümi xəstəliklərə qarşı uşaqları peyvənd etmək lazımdırmı? -Pediatr AÇIQLADI

Havaların soyuması, payızın gəlməsi ilə mövsümi qriplərin də sayı artıb.

Bəs uşaqlar üçün mövsümi qrip peyvəndi və digər vaksinlərin əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında  Şəlalə Poluxova bildirdi ki, payızda havaların soyuması ilə mövsümi xəstəliklər, xüsusilə də qrip artır:

"Uşaqlar üçün mövsümi qrip peyvəndi çox vacibdir, çünki bu peyvənd qripə qarşı ən yaxşı qorunma təmin edir və ağırlaşmaların qarşısını alır. Uşaqların immun sistemi hələ tam inkişaf etmədiyi üçün onlar qripə və digər viral infeksiyalara daha həssasdırlar. Digər vaksinlər də çox önəmlidir, çünki onlar uşaqların vücudunun müxtəlif infeksiyalara qarşı müdafiə mexanizmini gücləndirir. Peyvəndlər, xüsusən uşaq yaşlarında, həyati təhlükə yaradan xəstəliklərin qarşısını almaqda əvəzsizdir", - deyə müsahibimiz qeyd etdi. 

Xədicə BAXIŞLI 

Seçilən
15
1
redaktor.az

2Mənbələr