Ərəb dövlətinin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Taninin sözlərinə görə, Qətər Qəzza zolağında fəaliyyət göstərən Fələstinli qrupları, o cümlədən HƏMAS-ı Qəzza münaqişəsinin həlli çərçivəsində silahlarını yerə qoymağa razı salmaq üçün səy göstərir.
Busaat.az xəbər verir ki, o, Xarici Əlaqələr Şurasında çıxış edərkən qeyd edib.
“HƏMAS bizə silahlarından hökumətin xeyrinə imtina etməyə hazır olduğunu söylədi. Onların nöqteyi-nəzərindən bu, təkcə HƏMAS üçün deyil, bütün fraksiyalar üçün öhdəlikdir. Ümumilikdə, biz onları tərksilahın zəruriliyini tanımağa və növbəti mərhələyə keçməyə sövq etməyə çalışırıq”.
Yeganə