
HƏMAS və İsrail Qəzza zolağında atəşkəsə riayət etməyə sadiq olduqlarını təsdiqləyiblər.
Missiya.Az "Report"a istinadən xəbər ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Nyu-Yorkda Xarici Əlaqələr Şurasının iclasında çıxışı zamanı bildirib.
O, son atəşkəs pozulmasının gözlənilən olduğunu deyib: "Hər iki əsas tərəf atəşkəsə riayət etməli və razılaşmaya əməl etməli olduqlarını qəbul edir", - Əl Tani vurğulayıb.
O, ABŞ-nin mühüm rolunu qeyd edərək Dohanın atəşkəsə riayət olunmasını təmin etmək üçün hər iki tərəflə fəal şəkildə təmasda olduğunu əlavə edib.
