AZ

Türkiyə ilə Azərbaycan sülh, əməkdaşlıq və tərəqqi prinsiplərini bölüşür - Səfir

Bakı. Trend:

Ölkəmizin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilknövbədə qonşularımız olmaqla, bütün dünya xalqları ilə sülh içindəyaşamaqdır.

Trend xəbərverir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol AkgünTürkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətiləGülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışıilə bu günkü Türkiyə Respublikası, Prezident Rəcəb Tayyib Ərdoğanınliderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli biraktora çevrilib:

“Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərbdünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsindətəhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya vəinsan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldəedilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanınmühüm bir hissəsidir.

Lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Qərbmərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun vəçoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir.Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətlibir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır”.

B.Akgün vurğulayıb ki, Türkiyə sivilizasiya ənənəsi baxımındanda İslam dünyasının mühüm bir parçasıdır və İslam ƏməkdaşlıqTəşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir:

“Son illərdə ölkəmiz Türk Dövlətləri Təşkilatı vasitəsilə türkdünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türkdünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələrarasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu vəgözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş birqurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylikyolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. “OrtaDəhliz” adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütündünyanın ümumi maraqlarına xidmət edir”.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

4Mənbələr