
Doha hazırda İran və ABŞ nümayəndələri ilə əlaqə saxlayaraq, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı vəziyyətin nizamlanmasına dair danışıqları bərpa etməyə çalışır.
AFN.az xəbər verir ki, bunu Qətər hökumətinin başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani deyib.
Al Taninin sözlərinə görə, hazırda nüvə silahlanma yarışı mövcud deyil və İran beynəlxalq hüquq çərçivəsində elektrik enerjisi istehsalı və digər məqsədlər üçün sülhməramlı nüvə proqramını inkişaf etdirmək hüququna malikdir.
“İsrail və İran arasında artan ritorika bizi narahat edir, çünki bu, gərginliyin artmasına səbəb olur. Biz ABŞ və İranla birgə çalışırıq ki, bu məsələ üzrə danışıqlar yenidən başlansın. Əminəm ki, iki tərəf arasında ciddi danışıqlar başlayar-başlamaz, razılaşmaya nail olmaq mümkün olacaq”, – deyə Qətər baş naziri Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı bildirib.