AZ

MİDA mənzilləri tələbatın neçə faizini ödəyəcək? ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Hazırda mənzilə tələbat çox böyükdür. Çıxarılan 627 mənzil isə bu tələbatın yalnız müəyyən bir hissəsini ödəyə bilər.Çünki həm gənc ailələr, həm aztəminatlı ailələr, həm də müxtəlif sahələrdə peşə fəaliyyəti göstərən gənclər mənzilə böyük ehtiyac duyurlar. Ümumilikdə sosial layihələr hazırkı tələbatın təxminən 10–15 faizini ödəmək imkanındadır. Gələcəkdə sosial layihələrin əhatə dairəsinin və şəbəkəsinin genişləndirilməsi isə daim gündəmdədir".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, istər MİDA, istərsə də İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilən sosial layihələrin əhatə dairəsinin artırılması, şərtlərin yumşaldılması, ayrılan məbləğlərin yüksəldilməsi və bu hüquqlardan yararlanan təbəqələrin sayının genişləndirilməsi çox vacib məsələlərdir:"Yəqin ki, bu istiqamətdə gələcəkdə əlavə tədbirlər görüləcək. 627 mənzillə bağlı məsələyə gəlincə, elektron müraciət sistemində texniki problemlərin yaranması və bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Narazılıqların qarşısını almaq üçün elə bir sistem qurulmalıdır ki, vətəndaşlar mənzil növbəsinə rahat şəkildə dura bilsinlər".Ekspert deyib ki, bir çox vətəndaşlarımız elektron imkanlardan istifadə bacarığına malik deyil:"Bu səbəbdən prosesə əlavə vasitəçilər cəlb olunur və nəticədə hüquq-mühafizə orqanlarının araşdırmaları ilə müəyyən qanun pozuntuları üzə çıxır. Belə halların təkrarlanmaması üçün sistemə yenidən baxılması, dəyişikliklər edilməsi və 627 mənzilin vətəndaşlar üçün daha əlçatan olması məqsədəuyğundur.Problem ondan irəli gəlir ki, mənzilə ehtiyacı olanların sayı çox, mənzillərin sayı isə azdır. Buna görə də tikinti sektorunun təşviq edilməsi vacibdir. Daha çox tikinti işlərinin aparılması və tikinti həcminin artırılması, eləcə də sosial layihələrdə şərtlərin yumşaldılması ölkə əhalisinin mənzilə ehtiyacı olan hissəsinin təminatına müsbət təsir göstərəcəkdir".Qeyd edək ki, MİDA bu ilin dekabr ayında 627 mənzili satışa çıxaracağı barədə açıqlama verib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr