AZ

Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi qurula bilər AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Erasx–Sədərək xəttinin açılması Azərbaycan üçün həm iqtisadi, həm də logistik baxımdan mühüm üstünlüklər yarada bilər. Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqə qura bilər”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib.O bildirib ki, bu da regionda nəqliyyat xərclərini azaldar və ticarət dövriyyəsini sürətləndirər:“Dəhlizin işə düşməsi, həmçinin Türkiyə ilə əlaqələrin daha rahat və fasiləsiz olmasına şərait yaradacaq. Bu, Bakı–Naxçıvan–İğdır xətti boyunca yeni logistika mərkəzlərinin formalaşmasına səbəb ola bilər. Belə bir infrastruktur Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirəcək və gəlirləri artıracaq. Regionun iqtisadi inteqrasiyasına töhfə verərək, Cənubi Qafqazda dayanıqlı ticarət sisteminin formalaşmasına yardım edəcək. Dəhliz həm də malların daşınmasında vaxt itkisini azaldacaq və enerji resurslarının nəqlini asanlaşdıracaq”. İqtisadçı qeyd edib ki, Azərbaycan şirkətləri üçün bu, ixrac imkanlarının genişlənməsi və bazarlara çıxışın asanlaşması deməkdir:“Naxçıvanda istehsal və kənd təsərrüfatı sahələrinin inkişafı üçün yeni imkanlar açılacaq. İnfrastrukturun genişlənməsi bölgədə məşğulluğu artıracaq və sosial rifahı yüksəldəcək. Eyni zamanda, regiona yeni sərmayələrin cəlb edilməsi üçün münbit şərait yaranacaq. Dəhlizin açılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə dəstək verəcək. Bu yolun açılması Azərbaycan üçün təkcə coğrafi deyil, həm də strateji və iqtisadi qazanclar demək olacaq. Bu addım regionun ticarət xəritəsində Azərbaycanın mövqeyini daha da gücləndirəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
demokrat.az

1Mənbələr