AZ

Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır - Sahibə Qafarova

Böyük Atatürkün ideyaları qardaş Türkiyənin inkişafının təməlində dayanıb.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Spiker bildirib ki, Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında sürətli inkişaf yolunu seçib.

"Ankara dünyanın bir çox regionlarında münaqişələrin həllində aparıcı rol oynayır. Türkiyə dünyanın aparıcı iqtisadiyyatlarında öz əhəmiyyətli yerini tutur.

Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır".

Xəbər yenilənəcək

Seçilən
7
2
day.az

3Mənbələr