AZ

Sıxlıq vaxtı yanacaqdoldurma məntəqəsinə girib 50 metr qabağa düşən ağıllı sürücülər VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qaradağ rayonunda sürücülər digər nəqliyyat vasitələrinin idarəçilərinin qaydalara əməl etməməsindən narazılıq ediblər.

Avtosfer.az xəbər verir ki, hadisə Kənar dairəvi yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yolda tıxac yarandığı zaman bəzi sürücülər daha tez irəliləmək məqsədilə yanacaqdoldurma məntəqəsinin həyətindən keçməyə cəhd göstəriblər. Onlar bu yolla sıxlığı keçmək istəyərkən, daha sonra yenidən magistral yola qayıtmaq üçün digər sürücülərdən yol istəyiblər. Bu isə vəziyyəti daha da çətinləşdirərək tıxacın artmasına səbəb olub. Şikayət edən başqa bir sürücülər həmçinin ərazidəki yanacaqdoldurma məntəqəsinin çiçəklənmə və abadlıq sahəsinin həddindən artıq geniş olduğunu bildiriblər. Onların sözlərinə görə, bu sahə yol hissəsini zəbt etdiyindən, nəqliyyat axını daha da məhdudlaşır.

Sürücülər təklif ediblər ki, məntəqənin abadlıq sahəsi 3-4 metr geriyə çəkilsin və həmin hissə yol kimi istifadə olunsun. Onların fikrincə, bu dəyişiklik tıxac problemini xeyli azalda bilər.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr