AZ

Sentyabrda “KamAZ” aşan yolda piyadalar təhlükədədir; “zebra” yoxdur VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Binəqədi rayonunda piyadaların hərəkəti ilə bağlı yaranan vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, Biləcəri qəsəbəsində yol infrastrukturu ilə bağlı çatışmazlıqlar piyadaların rahat hərəkətini məhdudlaşdırır. Məsələn, Rəşid İsmayılov küçəsində yolun bir hissəsində işıqfor quraşdırılıb və piyadalar həmin hissədən yarıyadək təhlükəsiz şəkildə keçə bilirlər. Lakin yolun digər hissəsində nə “zebra”, nə də işıqfor var. Nəticədə, piyadalar avtomobillərin arasından keçməyə məcbur qalır. Ərazi sakinlərinin sözlərinə görə, vəziyyət xüsusilə axşam saatlarında daha da təhlükəli olur. “Şamaxinka” istiqamətindən gələn avtomobillərə daim yaşıl işıq yandığı üçün sürücülər dayanmadan hərəkətlərini davam etdirir, bu isə piyadaların həyatını risk altına salır.

Bundan əlavə, həmin yolda avtobus dayanacağı yerləşsə də, vətəndaşların dayanacağa keçməsi üçün hansısa hissədə piyada keçidi mövcud deyil. Axşam saatlarında yük maşınlarının intensiv hərəkəti isə təhlükəni daha da artırır. 

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tez bir zamanda tədbir görülməsini, ərazidə piyada keçidinin çəkilməsini tələb edirlər.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
avtosfer.az

1Mənbələr