AZ

Quzu xəstələndiyi üçün arvadını döyüb TƏFƏRRÜAT

BAKI, 29 oktyabr. TELEQRAF

Biləsuvarda həyat yoldaşı Cəmilə Məmmədovanı döyərək ona xəsarətlər yetirən Samir Məmmədovun (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsinin hökmünə əsasən, S.Məmmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli bilinib və ona 360 saat ictimai işlər növündə cəza təyin edilib.

Samirin Cəmiləni döyməsinin səbəbi isə həyat yoldaşının quzuya süd əmizdirməyi bacarmaması olub. Bunu təqsirləndirilən şəxs məhkəmədə ifadəsində deyib. Quzunun xəstələnməsində arvadını günahkar görən Samir, ona yumruq və təpiklə zərbələr endirib.

Zərərçəkmiş şəxs isə məhkəmədə iki uşağının olduğunu, ərinii artıq bağışladığını bildirib. O, bu səbəbdən məhkəmədən Samir Məmmədova cəza təyin edilməməsini xahiş edib.

Qeyd edək ki, cütlük arasında daha öncə də anoloji hadisə yaşanıb. 2022-ci ildə Samir xanımını döyüb sonradan barışdıqları üçün işə xitam verilib.

Seçilən
25
teleqraf.com

1Mənbələr