AZ

Əfsanəvi Məhəmməd Əlinin nəvəsinin taylandlı boksçu ilə döyüşü heç-heçə qurtarıb

Bu gün Filippində keçirilən IBA.Pro boks turnirində əfsanəvi Məhəmməd Əlinin nəvəsi amerikalı Niko Əli Uolş və taylandlı Kittisak Klinson arasında 72 kq çəkidə döyüş baş tutub.

İdman.Biz xəbər verir ki, döyüş səkkiz raund davam edib və hakimlərin qərarı ilə heç-heçə başa çatıb.

Bu, Nikonun peşəkar səviyyədə 15-ci döyüşü olub. Uolş boks karyerasına 2021-ci ilin avqust ayında başlayıb.

Onun rekordu 11 qələbə, iki məğlubiyyət və bir heç-heçədir.

İdman.Biz

Seçilən
4
1
idman.biz

2Mənbələr