AZ

Qrip dərmanları və burun damlası infarkt edir -Kardioloqdan xəbərdarlıq


Havalar soyuduqca bir çoxumuzda qrip, boğaz ağrısı, qızdırma, yuxarı tənəffüs orqanlarının xəstəlikləri ola bilər.



Medicina.az xəbər verir ki, bunu kardioloq Günay Qasımova bildirib.

Həkim bildirib ki, qrip əleyhinə dərmanlar infarkta səbəb ola bilər:

"Xəstələndiyimiz zaman həkim məsləhəti olmadan qaçıb aptekdən burun, boğaz və s. qrip əleyhinə dərman alırıq. Əslində bu dərmanlar infarkt edə bilər. Bəzi dərmanlar adrenalinə bənzər təsir göstərir. Yəni təzyiqi, ürək döyüntüsünü artırır. Damarları daraltdığı üçün ürəyə qan yaxşı getmir və infarkt olur. Bəzən deyirlər, heç nəyi yox idi, qrip idi. Qripdən sonra infarkt oldu.

Bu dərmanlar burunu aça, qızdırmanı sala bilər, amma infarkt riski də yaradır. Xüsusilə 40 yaşdan yuxarı şəxslərin içməyi qətiyyən məsləhət görülmür. Unutmayın, qripdən, burun axmasından sizə bir şey olmaz, amma infarkt öldürür".



Aygün
Medicina.az



Seçilən
2
1
medicina.az

2Mənbələr