Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 99-VV-563 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü sola dönən zaman kobud səhvə yol verib. O, qarşıdan gələn avtomobilə yol verməyərək onun hərəkətinə mane olub. Təhlükə ilə üzləşən sürücü səs siqnalı ilə xəbərdarlıq edib.
Qeyd edək ki, bu əmələ görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.