AZ

Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbərin mətni

Müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər barədə ideyaları qardaş ölkənin davamlı inkişafının əsasını təşkil edir. Müasir dövrün görkəmli siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr