AZ

Tramp və Orbanın görüş yeri hələ müəyyənləşməyib

Budapeşt ABŞ-ni inandırmaq istəyir ki, rus neftindən imtina etmək onun üçün qeyri-mümkündür...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban arasında 8 noyabrda keçiriləcək görüşün yeri hələlik dəqiqləşməyib. Orban daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonda baş tutacaq danışıqlarda əsas mövzu ABŞ-ın Rusiya neftinin tədarükünə qarşı sanksiyalarının nəticələrindən qorunmaq olacaq.

Budapeştin məqsədi Ağ evi inandırmaqdır ki, ölkənin dənizə çıxışı olmadığından rus neftindən imtina etmək praktik olaraq mümkün deyil. Bununla belə, Macarıstanın Xorvatiya vasitəsilə Adriatik dənizi ilə birləşən alternativ neft kəmərinə çıxışı olsa da, hökumət bu istiqamətdə real addımlar atmayıb.

ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Budapeştin “alternativlərin mövcud olmadığı” barədə bəyanatını açıq şəkildə təkzib edib. “Macarıstan, qonşularının çoxundan fərqli olaraq, rus enerji daşıyıcılarının idxalını azaltmaq üçün heç bir plan qurmayıb və fəal addım atmayıb”, – deyə diplomat bildirib. Onun sözlərinə görə, ABŞ Macarıstanla, eləcə də Xorvatiya kimi qonşu ölkələrlə əməkdaşlığı davam etdirəcək və Budapeştin enerji asılılığından xilas olmasına kömək etməyə çalışacaq.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr