Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha iki oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, bu qarşılaşmalardan sonra daha iki komanda 1/8 finala vəsiqə qazanıb.
"Qəbələ" doğma meydanda "Mingəçevir" üzərində inamlı qələbə əldə edib – 5:1. Bu nəticə ilə bölgə təmsilçisi adını növbəti mərhələyə yazdırıb.
Digər görüşdə "Şamaxı" səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, II təsnifat mərhələsinə bu gün keçiriləcək “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.
 
                        