Ağstafa, 29 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair” Tədbirlər Planı çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin dəstəyi ilə yaşayış məntəqələrində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbrlərdə zərərvericinin morfologiyası, həyat dövriyyəsi, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilir.