Rusiyada spirtli içki almaq üçün qanuni yaş 21-ə qaldırılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyada spirtli içkilərin alış yaşı 21-ə qaldırılmaq üzrə təşəbbüs müzakirə olunur. Bu təşəbbüs artıq bir neçə regional deputat tərəfindən federal səviyyədə dəstəklənib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 18 yaşına qədər bəzi beyin sahələri tam formalaşmır. Buna görə, hətta kiçik spirt dozaları belə düşüncə qabiliyyətinə və sosial əlaqələrin qurulmasına mənfi təsir göstərə bilər.
Yeni qaydanın məqsədi gənclərin sağlamlığını qorumaq, riskli davranışların qarşısını almaq və uzunmüddətli sağlam həyat tərzini təşviq etməkdir.
Xuraman Etibarlı
İnterpress.az