AZ

“Barselona”nın futbolçusu sıradan çıxıb

“Barselona”nın əsas oyunçularından biri olan Pedri zədə səbəbindən sıradan çıxıb.

 90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi sol budun ikibaşlı əzələsinin distal hissəsində qopma xəsarəti alıb. Futbolçunun meydana nə vaxt qayıdacağı isə reabilitasiya prosesindən asılı olacaq.

Pedri zədəsini La Liqanın X turunda “Real Madrid”lə “El-Klasiko”da (1:2) alıb və oyunu vaxtından əvvəl tərk edib.

Bu, gənc ulduz üçün böyük itki sayılır – çünki o, Xansi Flikin rəhbərliyi altında 73 mümkün oyunun 72-də iştirak edib. Cari mövsümdə Pedri bütün 13 matçda start heyətində olub və “Levante” (3:2) və “Jirona”ya (2:1) qarşı görüşlərdə fərqlənib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr