AZ

Sərxoş sürücü 3 uşağı vurdu; iki bacı öldü, biri isə xəstəxanalıq oldu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Sərxoş vəziyyətdə olan sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, vilayətin Revda şəhərində 37 yaşlı sürücü sürətlə idarə etdiyi "Lada 2112" markalı avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirərək səkidə işıqforun piyadalar üçün yaşıl işığının yanmasını gözləyən 3 məktəblini vurub. Qəza nəticəsində 7 və 9 yaşlı iki bacı aldıqları xəsarətlərdən hadisə yerində ölüb. 11 yaşlı daha bir qız ağır vəziyyətdə və yüngül xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr