“Barselona”nın keçmiş prezidenti Joan Qaspar gənc ulduz Lamin Yamal barədə səmimi açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, funksionerin sözlərinə görə, 18 yaşlı futbolçunu “dünyanın ən yaxşısı” adlandırmaq hələ tezdir:
“Yamal indiki halda dünyanın ən yaxşı oyunçusu deyil. Keçən mövsümdə də belə deyildi. O, bir gün ən yaxşı ola bilər, amma indi yox. Bu istiqamətdə ona komanda yoldaşları və məşqçi kömək etməlidirlər.
Əgər o, tam hazır deyilsə, meydana çıxmamalıdır. Yamalın istirahətə və tam bərpaya ehtiyacı var.”
Qeyd edək ki, gənc istedad bu mövsüm “Barselona”nın heyətində 8 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.