AZ

Vinisius Xabi Alonsondan incik qalmaqda davam edir

“Real” klubunun hücumçusu Vinisius Junior baş məşqçi Xabi Alonsonun ünvanına inciklik hisslərini hələ də aradan qaldırmayıb.

90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, futbolçu “Barselona” ilə La Liqanın X turundakı (2:1) görüşdə əvəzlənməsinə kəskin reaksiya göstərib və Alonsonun əlini sıxmaqdan imtina edib.

29 oktyabr tarixində Vinisius sosial şəbəkələrdə davranışına görə üzr istəyib, lakin paylaşımında baş məşqçinin adını qeyd etməyib. Məlumata əsasən, braziliyalı oyunçu bunu qəsdən edib, çünki Alonsonun ona münasibətindən narazıdır.

Futbolçunun yaxın əhatəsindən bildirilib ki, son günlərdə klub rəhbərliyi Vinisiusa tam dəstək göstərib.

Qeyd edək ki, 25 yaşlı Vinisius Junior cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid klubuna 2018/2019 mövsümündən etibarən qoşulub.

Seçilən
24
90deqiqe.az

1Mənbələr