525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Meksikada içərisində insan qalıqları olan 48 kisə tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Halisko ştatında, Qvadalahara səhrası yaxınlığında yerləşən Sapopan əyalətində gerçəkləşib.
Kütləvi şəkildə basdırılan kisələrdəki qalıqların neçə nəfərə və kimlərə məxsus olduğu araşdırılır. Yerli prokurorun müavini Blanko Truxilyonun açıqlamasına görə, insan qalıqları kompleks analizlər üçün ekspertizaya göndərilib.
Qeyd edək ki, hazırda Halisko ştatında 15,9 min insan itkin düşmüş kimi axtarışdadır. Ştatda fəaliyyət göstərən "Halisko Nyu-Cenereyşn" karteli ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Kartelin başçısı El Menç beynəlxalq axtarışdadır. Onun yeri haqqında məlumat verən şəxsə 15 milyon dollar mükafat vəd olunub.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        