AZ

“Neftçi” Azərbaycan Kubokunun son 1/8 finalçısı oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

 90deqiqe.Az-ın məlumatına görə, II təsnifat mərhələsinin son oyununda “Neftçi” öz meydanında MOİK-lə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb.

Bu nəticə ilə “ağ-qaralar” növbəti mərhələyə adlayan son komanda olub.

Samir Abasovun başçılıq etdiyi Bakı təmsilçisi 1/4 final mərhələsinə yüksəlmək uğrunda “Zirə” ilə qarşılaşacaq.

Seçilən
32
90deqiqe.az

1Mənbələr