AZ

Fransa nüvə başlıqlı yeni raketləri istifadəyə verdi

BAKI, 29 oktyabr. TELEQRAF

Fransa nüvə başlıqlı yeni raketləri istifadəyə verib.

Teleqraf xəbər verir ki, söhbət nüvə sualtı qayıqları üçün nəzərdə tutulmuş yeni nəsil qitələrarası ballistik raketlərdən gedir.

"M51 raketinin üçüncü modifikasiyasının istismara verilməsi Fransanın nüvə qüvvələrinin modernləşdirilməsində mühüm addımdır", - Fransa Müdafiə Nazirliyi bildirib.

Almaniyanın "Bild" qəzeti yazır ki, bu raketlər müasir nüvə başlıqları ilə təchiz olunub. İddialara görə, M51 raketləri uçuş məsafəsi və dəqiqliyi baxımından əvvəlki versiyaları əhəmiyyətli dərəcədə üstələyir.

Fransanın hər biri ballistik raket daşıyan dörd nüvə sualtı qayığı var. Fransaya hücum zamanı nüvə cavab zərbəsi endirmək üçün bir sualtı qayıq daimi olaraq gizli saxlanılır.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr