FIBA Avropa Kubokunda "Abşeron Lions" üzərində 104:86 hesablı qələbədən sonra "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis matçla bağlı bu sözləri deyib:

"Azarkeşləri, rəhbərliyi, oyunçuları təbrik edirəm. Müdafiədə məqsədlərimizdən biri oyunu sakitləşdirmək, tempi aşağı salmaq idi. Axırlarda buna nail ola bilmədik. Camal və Stefan zədədən qayıtdılar və xarakter göstərdilər. İkinci hissədə daha yaxşı oynadıq. Azərbaycan üçün FIBA Avropa Kubokunda iki klubun təmsil olması vacibdir, bu, onu göstərir ki, Azərbaycan doğru yoldadır". 

V.Stepanovski oyundan sonra rəqib komanda məşqçiləri ilə yaşanan mübahisə barədə bu sözləri deyib:

"Bu çox vacib sualdır. Bu qrup mərhələsidir. Növbəti mərhələyə 16 komanda çıxacaq, hər xal bizim üçün vacibdir, əhəmiyyəti var. "Trefl Sopot" ilə oyunda çox xal itirdik. Ona görə bütün xalları qoparmağa çalışacağıq. Bu "Abşeron Lions"a qarşı hörmətsizlik deyil. Yerli liqada bunu etməzdik. Komandanı sıxırdım ki, 20 xal fərqi olsa da, irəli atılsınlar. Hər bir xal bizim üçün vacibdir".

Oyunun ən çox xal toplayan oyunçusu Stefan Keniç matçı belə şərh edib:

"Gəldiyiniz üçün sağ olun, "Abşeron Lions"a təşəkkür edirəm. Azərbaycan üçün vacib oyun idi. Çətin məğlubiyyət oldu. 2 günümüz vardı, düzəlişlər etməyə çox vaxtımız yox idi. Təmiz qələbə qazandıq. Bu xallar bizim üçün vacib idi".