FIBA Avropa Kubokunda "Abşeron Lions" "Neftçi"yə 86:104 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Abşeron təmsilçisinin oyunçusu Obri Makalpin oyun barədə fikirlərini bölüşüb:
"Rəqib oyuna çox yaxşı hazırlıqlı idilər. Eyni komanda ilə ardıcıl 2 oyuna çıxmaq çətin olur, gərək daha yaxşı qayıdardıq. Müdafiədən rotasiyalarda problemlər vardı. Növbəti 3-cü gün baş tutacaq oyuna daha yaxşı hazırlaşmalı idik. Oyunun sonunda yaşanan insidentə gəlincə, basketbol kişi oyunudur, belə şeylər baş verir. Onların nə dediyi vacib deyil. Orada hörmətsizlik vardı, bəli. Buna növbəti dəfə necə hazırlaşacağımızı bilirik".