AZ

​“WhatsApp”da profillər dəyişdi Belə olacaq

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“WhatsApp” profillərin görünüşü ilə bağlı yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeniliyə əsasən şəxsi hesablara üz qabığı şəkli əlavə etmək mümkün olacaq. “WhatsApp”ın yeni funksiyası sosial media tətbiqi “Facebook”a bənzəyəcək. Üz qabığı şəkli əsas profil şəklindən fərqli olacaq. Məlumata görə, üz qabığı şəkli profilin yuxarı hissəsində geniş zolaq kimi görünəcək.

Şəkil seçimi parametrlərdə ediləcək. Bildirilir ki, məxfilik seçimləri üç başlıq altında təklif olunacaq: “Hər kəs”, “Mənim kontaktlarım” və “Heç kim”. İstifadəçi üz qabığı şəklinin kimlər tərəfindən izlənməsinə özü qərar verəcək. Yenilik hələlik istifadəyə verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
metbuat.az

2Mənbələr