FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri — “Neftçi” və “Abşeron Lions” üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, I qrupunun görüşündə “ağ-qaralar” 104:86 hesabı ilə qələbə qazanıblar. Matç Bakı İdman Sarayında baş tutub.
Bu nəticədən sonra “Neftçi” turnirdə ikinci qələbəsini əldə edib. Komanda bundan öncə Estoniyanın “Kalev” klubuna (95:84) qalib gəlmiş, Polşa təmsilçisi “Trefl”ə (63:92) uduzmuşdu.
“Abşeron Lions” isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda Polşa klubuna 96:99, Estoniyanın “Kalev” komandasına isə 85:93 hesabı ilə məğlub olmuşdu.