AZ

Gecəni Eyfeldə keçirdi Polis onu axtarır

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransada naməlum kişi mühafizəçilərin xəbəri olmadan Eyfel qülləsində gecələməyə və səhər saatlarında oranı tərk etməyə müvəffəq olub.

“Qafqazinfo” “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, polis hər yerdə onu axtarır.

Məlumata görə, kişi rəsmi internet saytından aldığı biletdən istifadə edərək, qülləyə qalxıb.

Ertəsi gün səhər saatlarında qüllənin qərb dayağına yaxın çıxışda turniketlərdən keçənə qədər onu bir daha təhlükəsizlik kameralarındakı görüntülərində görünməyib.

Polis onun bütün gecəni nə etdiyini və mühafizəçilərin onu necə görmədiyini araşdırır.

Qeyd edək ki, qüllədə xəsarət və ya şübhəli bir şey tapılmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
3
qafqazinfo.az

4Mənbələr