AZ

Kamavinqa “Real”da qalmaq niyyətindədir

“Real” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərəyə keçid etməyi planlaşdırmır.

90deqiqe.Az “Defensa Central”a istinadən xəbər verir ki, “Çelsi” fransız futbolçu üçün 75 milyon avro təklif etməyə hazır olsa da, Kamavinqa tam diqqətini “Real”dakı çıxışına yönəldib.

Baş məşqçi Xabi Alonsonun 22 yaşlı futbolçunu komandada saxlamaqda qərarlı olduğu bildirilir. Xüsusilə fransız yarımmüdafiəçinin “Barselona” ilə matçda Pedriyə qarşı göstərdiyi əla oyun buna səbəb olub.

Qeyd edək ki, Kamavinga “Real”da 188 oyunda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
24
90deqiqe.az

1Mənbələr