AZ

“Ucqar kənd məktəblərində müəllim çatışmazlığı ciddi problemdir” - Ramin Nurəliyev

“Əlbəttə, orta ümumtəhsil məktəblərində, xüsusilə də regionlarda, ucqar kənd məktəblərində müəllim çatışmazlığı mövcuddur. Əksər müəllimlər mərkəzi rayonlara və şəhərlərdə də əsasən mərkəzə işləməyə üstünlük verirlər. Bu səbəbdən ucqar rayonlara və kəndlərə müəllimlərin cəlb edilməsi bir qədər problemli məsələdir. Bu, həmçinin müəllimlərin sosial-iqtisadi vəziyyəti və ümumi yaşayış tərzindən də asılıdır. İlkin olaraq müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılmalı, rayon məktəblərində tədrisi cəlbedici etmək üçün müvafiq tədbirlər görülməlidir. Region müəllimlərinə daha çox diqqət yetirilməlidir. Məsələn, ucqar rayonlarda işləyən müəllimlər üçün əmək haqqının ikiqat artırılması və ya mövcud əmək haqqına müəyyən əlavələrin tətbiqi mümkündür. Bununla yanaşı, nəqliyyat infrastrukturu ilə bağlı problemlər həll olunmalı, müəllimlərin qeydiyyatda olduqları rayonlarda işləməsi təşviq edilməlidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, son illər Azərbaycanda məktəb təhsili ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri müəllim çatışmazlığı, tədris keyfiyyəti və şagirdlərin motivasiya problemidir. Xüsusilə region məktəblərində bu vəziyyət daha qabarıq şəkildə hiss olunur. Bir tərəfdən texnologiya və rəqəmsal tədris vasitələri təhsilin keyfiyyətini yüksəltmək üçün yeni imkanlar yaradır, digər tərəfdən isə müəllimlərin çatışmazlığı, tədris mühitinin zəif infrastrukturu və şagirdlərin sosial-psixoloji çətinlikləri təhsil sisteminin əsas problemlərindən biri olaraq qalır.

Ekspert bildirib ki, MİQ imtahanında boş vakansiyalar olsa da, rayon məktəblərinə müəllim seçimi azdır.

Seçilən
32
aznews.az

1Mənbələr