AZ

Pendirin beyinə faydası

ain.az bildirir, Axsham.az portalına istinadən.

Müntəzəm olaraq pendir yemək demensiyanın (ağıl zəifləməsinin) inkişaf ehtimalını azalda bilər.

Axşam.az xəbər verir ki, bu nəticə "Nutrients" jurnalında dərc olunan yeni elmi araşdırmada göstərilib.

Tədqiqat 65 yaşdan yuxarı 7900-dən çox yapon sakininin sağlamlıq göstəricilərinə əsaslanıb. Onlar 2019–2022-ci illərdə həyata keçirilən milli layihə çərçivəsində müşahidə olunublar. Alimlər pendiri ən azı həftədə bir dəfə yeyən iştirakçıları bu məhsulu qida rasionuna daxil etməyənlərlə müqayisə ediblər.

Nəticələrə görə, pendir yeyənlər arasında demensiya 3,4% hallarda qeydə alınıb, pendir yeməyənlərdə isə bu göstərici 4,5% təşkil edib. Cins, yaş, gəlir səviyyəsi, təhsil və ümumi sağlamlıq nəzərə alındıqdan sonra məlum olub ki, pendir yeyənlərin idrak pozğunluğu riski 24% aşağıdır.

Alimlərin fikrincə, pendirin bu müsbət təsiri onun tərkibindəki K2 vitamini, antioksidantlar, zülallar və probiotiklərlə əlaqəli ola bilər. Bu maddələr bağırsaq mikroflorasını gücləndirir, orqanizmdəki iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır və bütün bunlar demensiya riskini azaltmağa kömək edir.

Tədqiqatçılar qeyd edirlər ki, Yaponiyada pendirin qoruyucu effekti xüsusilə nəzərə çarpır, çünki ölkədə ümumilikdə süd məhsullarının istehlakı aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
axsam.az

1Mənbələr