AZ

Madueke zədədən tez qayıda bilər

“Arsenal”ın hücumçusu Noni Madueke zədəsini planlaşdırılandan daha tez sağalır.

90deqiqe.Az “GiveMeSport”a istinadən xəbər verir ki, futbolçu diz zədəsindən reabilitasiyada göstərdiyi əla nəticə ilə klubun tibbi heyətinin tərifini qazanıb. “Arsenal” rəhbərliyi Maduekenin məşqlərini diqqətlə izləyir və onun tam hazır olduğuna əmin olduqdan sonra oyunlara qaytaracaq.

Qeyd edək ki, Madueke 2025-ci ilin yayında “Arsenal”a transfer olunub. İngiltərəli oyunçu əsasən sağ cinahda çıxış edir, lakin sol cinahda da oynaya bilər. Madueke 21 sentyabr tarixində “Mançester Siti” ilə matçda (1:1) zədələnmişdi.

Seçilən
28
90deqiqe.az

1Mənbələr