Litva hökuməti son iki açıq sərhəd keçidini noyabrın 30-dək bağlayıb.
QHT.az xəbər verir ki, Litva qaçaq mallarla dolu hava şarlarının vaxtaşırı ölkə ərazisinə daxil olması səbəbindən Belarusla sərhədini bir ay müddətinə, noyabrın 30-dək bağlayıb. Hökumət bu addımı qaçaqmalçılığa qarşı təzyiq vasitəsi kimi atıb. Ötən həftə Belarusdan gələn şübhəli hava şarlarına görə Vilnüs hava limanının fəaliyyəti dörd dəfə dayandırılıb. Baş nazir İnqa Ruqiniene bunu Litvaya qarşı “hibrid hücum” adlandırıb.
Sərhədin bağlanması diplomatlara, diplomatik poçtlara və Aİ ölkələri vətəndaşlarına təsir etməyəcək.
R.İmanov