AZ

Ərdoğan BMT-nin Baş katibini Atatürk Sülh Mükafatı ilə təltif edəcək

BAKI, 29 oktyabr. TELEQRAF

2025-ci il üzrə Atatürk Beynəlxalq Sülh Mükafatı BMT-nin Baş katibi Antonio Quterreşə veriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Respublika Günü münasibətilə keçirilən tədbirində çıxışı zamanı bildirib.

"Biz Atatürk adına Beynəlxalq Sülh Mükafatını Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Bütün dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona təşəkkürümü bildirirəm", - Türkiyə lideri bildirib.

Seçilən
30
11
teleqraf.com

10Mənbələr