2022-ci ildə Kiyev vilayətinin bir hissəsinin işğalı zamanı müharibə cinayətlərində iştirak edən çevik polis leytenantı Veniamin Mazzerin təcavüzkar dövlətin ərazisində öldürülüb.
Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib. Hərbi kəşfiyyatın məlumatına görə, işğalçı 25 oktyabrda Kemerovo vilayətində öz şəxsi avtomobilində partladılıb. Mazzerin tammiqyaslı işğalın əvvəlində Kiyev yaxınlığında fəaliyyət göstərən Rusiya Milli Qvardiyasının “Obereg” xüsusi təyinatlı dəstəsində xidmət edib. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, “Toplanmış dəlillər və şahid ifadələri əsasında Baş Prokurorluq bölmənin hərbçilərinə qarşı, xüsusən də müharibə qanunlarını və adətlərini pozmaqda ittiham olunaraq cinayət işi açıb”.
Bəyanatda qeyd olunur ki, 2022-ci ilin aprel ayında Ukrayna hərbi kəşfiyyatı “Obereg” bölməsindən bütün müharibə cinayətləri şübhəlilərini adları ilə müəyyən edib və “planlaşdırılmış cəzalar” tətbiq edib.
//Samir Qurbanov, Editor.az