AZ

Gürcüstan Prezidenti üç müxalifət partiyasına qoyulan qadağanı dəstəklədi

BAKI, 29 oktyabr. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hakim “Gürcü arzusu” partiyasının üç müxalifət qrupunun Konstitusiya Məhkəməsi vasitəsilə fəaliyyətinin qadağan edilməsi təşəbbüsünü dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə Kavelaşvilinin özü jurnalistlərə müsahibəsində bildirib.

"Onlar xarici maliyyə ilə siyasi mühiti çirkləndirəndə özlərinin mövcudluğunu sual altında qoydular”, - deyə Gürcüstan lideribildirib.

Bir gün əvvəl məlum olub ki, “Gürcü arzusu” müxalifət partiyalarının “Dəyişiklik naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo” və “Vahid Milli Hərəkat” partiyalarının fəaliyyətini qadağan etmək tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Gürcüstan parlamenti oktyabrda qanunvericiliyə Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilmiş hər hansı partiyanın üzvlərini siyasi fəaliyyətlə, o cümlədən seçkilərdə iştirak etmək, siyasi təşkilatlar yaratmaq və dövlət vəzifələrində işləməkdən məhrum edən düzəlişləri təsdiqləyib.

Seçilən
30
teleqraf.com

1Mənbələr