AZ

Dmitri Peskov Rusiya – Azərbaycan münasibətlərindən danışdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan dialoqlarını davam etdirdiklərini açıqlayıb.

O, Moskva və Bakının hazırda müxtəlif səviyyələrdə səylə çalışdıqlarını vurğulayıb: “Prezident (Vladimir Putin) bütün bu həssas məsələləri qaldırıb. Biz dialoqumuzu davam etdiririk”, – Kremlin sözçüsü deyib.

O, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında son danışıqlar zamanı müzakirə olunan mövzulardan birinin narkotik qaçaqmalçılığında şübhəli bilinərək Bakıda saxlanılan rusiyalıların azad edilməsi olduğunu aydınlaşdırıb. Peskov həmçinin Rusiyanın 9 oktyabrda Düşənbədə baş tutan iki lider arasında görüşün nəticələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, ötən həftə Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı oldu. Söhbət zamanı dövlət başçıları ticarət və iqtisadi əlaqələrin inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr