AZ

Səudiyyə Ərəbistanı vəliəhdi Suriya prezidenti ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhdi Suriya prezidentini qəbul edib.

Riyadda keçirilən Gələcək İnvestisiyalar Təşəbbüsü konfransında iştirak edən Suriya prezidenti Bəşşar Əl-Əş-Şəra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını, xüsusilə investisiya və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki tərəfdən bir sıra nazirlər və rəsmi şəxslər də iştirak ediblər.

Seçilən
22
1
interpress.az

2Mənbələr