PSJ ötən mövsüm maliyyə baxımından klub tarixinin ən uğurlu dövrünü yaşayıb.
Fanat.Az xəbər verir ki, Fransanın nəhəng klubu 2023/24 mövsümündə 837 milyon avro gəlir əldə edərək yeni rekord müəyyənləşdirib.
Bu göstərici klubun əvvəlki mövsüm üzrə maliyyə nəticələrini əhəmiyyətli dərəcədə üstələyib.
Gəlirin əsas hissəsi yayım hüquqları, kommersiya müqavilələri, stadion bilet satışı və sponsor anlaşmaları hesabına formalaşıb.
Məlumata görə, PSJ rəhbərliyi bu uğurun davamlı olması üçün həm idman, həm də marketinq strategiyasını gücləndirmək niyyətindədir. Klub bu mövsüm daha da yüksək gəlir hədəfləyir.
Kamil Xudiyev