AZ

Qazlı içki əvəzinə tualet təmizləyici içdi


Tailandın Buriram əyalətində 44 yaşlı kişi butulda rəngli qazlı içki bildiyi mayedən 2 qurtum aldıqdan sonra halı pisləşib.


Qazlı içki o qədər pis dad verirdi ki, Nattavut Phonlakham qohumlarından nə içdiyini soruşanda dəhşətə gəlib.


“Medicina” xəbər verir ki,məlum olub ki, bir gün əvvəl qohumlarından biri tualet təmizləyicisi alıb, plastik qazlı içki şüşələrinə töküb.


Bədbəxt kişi xəstəxanaya aparılıb, lakin həkim belə zəhərlənmədən sonra mədə yuyulmasının yalnız zərər verə biləcəyini deyib.

Xəstəyə bir qədər nəzarət olunub, iynə-dərman vurulub.Lakin bir neçə saat sonra Nattavut şoka düşüb vətəcili yardım gələnə kimi ölüb.

Mərhumun ailəsinin həkimi günahlandırması ilə xəstəxananın onlara ödəməli olduğu kompensasiya məsələsi araşdırılır.


Aygün Musayeva


Seçilən
31
1
medicina.az

2Mənbələr