Gecəni Eyfel qülləsində təhlükəsizlik işçilərinin xəbəri olmadan keçirən naməlum şəxslə bağlı araşdırma aparılır.
"Unikal" xəbər verir ki, həmin şəxsonlayn alınan biletlə cənub turniketindən binaya daxil olub və səhərə qədər orada qalıb. Müşahidə kameraları sirli qonağı yalnız səhər saatlarında qərb turniketindən çıxanda aşkar edib. Bütün bu müddət ərzində onun alnında "GoPro" kamerası olub.
Kişi tikiliyə heç bir ziyan vurmayıb, lakin tarixi məkanın təhlükəsizliyini aşması binanın qorunması ilə bağlı narahatlıqlar yaradıb. Eyfel qülləsinin operatoru naməlum şəxsin gecə ərzində içəridə qalmasına icazə verdiyinə görə təhlükəsizlik şirkətinə şikayət edib. Polis hazırda hadisəni araşdırır.
Qeyd edək ki, bu il təxminən 10 nəfər Eyfel qülləsinə qanunsuz daxil olub, bəziləri oradan paraşütlə tullanmağa cəhd edib.