“Uilyams” komandasının pilotu Karlos Sayns ABŞ-ın “Kadilak” komandası ilə müqavilə bağlayan mexikalı sürücü Sergio Peres barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Sayns "El Heraldo de México" kanalına açıqlamasında bildirib:
“Düşünürəm ki, Çeko artıq hamıya öz istedadını və gücünü göstərib. İndi o, karyerasının yeni mərhələsinə hazırlaşır, bu isə çox motivasiyaedici və ilhamvericidir. Formula-1-də ikinci şans alanlar çox azdır və bu şans yalnız əslində iz qoymuş sürücülərə verilir, məsələn, Rikkardo və Çeko kimi. Hətta Hyülkenberq də ikinci şansını aldı. Çeko da onlardan biridir.”
Qeyd edək ki, “Kadilak” komandası növbəti mövsümdən Formula-1-də çıxış edəcək.
 
                        