AZ

MAQATE İranın nüvə silahı hazırladığına dair heç bir sübuta malik olmadığını bəyan etdi

BAKI, 29 oktyabr. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi bəyan edib ki, təşkilat İranın nüvə silahı hazırlaması barədə məlumat almayıb.

Teleqraf xəbər verir ki, R.Qrossi beynəlxalq sanksiyaların yenidən qüvvəyə minməsinə baxmayaraq, İranın nüvə silahının yayılmaması öhdəliyinə sadiqliyini bir daha təsdiqləyib.

"Bizdə İranın nüvə silahı hazırlamasına dair hər hansı məlumat yoxdur", - Qrossi bildirib.

"Bu, snapback mexanizminin işə salındığı başqa bir nümunədir. İran cavab olaraq bizimlə əməkdaşlığa baxmaq niyyətində olduğunu bildirdi".

Seçilən
22
teleqraf.com

1Mənbələr