AZ

Putinin xüsusi nümayəndəsi: Ukrayna münaqişəsi bir il ərzində bitə bilər

BAKI, 29 oktyabr. TELEQRAF

Ukraynadakı münaqişə bir il ərzində bitə bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ administrasiyasının rəsmiləri ilə görüşdən sonra bildirib.

“Biz əminik ki, sülh yolundayıq” deyən xüsusi nümayəndə bir il ərzində Ukraynada sülhün bərqərar olmasının mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib: “Mümkündür. Mən belə hesab edirəm”.

Dmitriyev ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın dünyanın ən böyük dövlətləri kimi əməkdaşlığına da toxunub.

"İndi insanların diqqəti Rusiya ətrafında cərəyan edən regional münaqişəyə yönəlib, lakin biz bunun daha böyük münaqişəyə çevrilməsini istəmirik", - Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Seçilən
120
teleqraf.com

1Mənbələr