Vaşinqton və Seul arasında yeni ticarət razılaşması əldə edilib. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. APEC Zirvə görüşü çərçivəsində keçirilən danışıqlardan sonra çıxış edən Tramp ABŞ-nin Cənubi Koreya ilə uğurlu görüş keçirdiyini ifadə edib. Jurnalistlərin "Razılaşma əldə edilibmi?" sualına Tramp, “Bəli, əldə etdik. Məhsuldar görüş keçirdik və bir çox şeyi müzakirə etdik”, - deyə bildirib. Analitiklər Trampın razılaşma ilə bağlı açıqlamanı Asiya-Sakit Okean Zirvə görüşü zamanı verməsinə diqqət çəkib. Trampın açıqlaması ABŞ-nin regionda iqtisadi və strateji təsirini gücləndirmək səyləri kimi şərh edilib.